Rusiya Ukraynaya buna görə təzyiq edir - Borrell

9 Fevral 2022 13:50

Rusiya Ukraynanı ələ keçirməkdə maraqlı deyil. O, ilk növbədə təhlükəsizlik məsələlərini həll etmək üçün danışıqlara can atır.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu açıqlama ilə Avropa Birliyinin baş diplomatı Jozep Borrell çıxış edib.

"Məqsəd Ukraynanı işğal etmək deyil. Rusiya üçün mühüm məsələ - NATO-nun genişlənməsi və mövcud təhlükəsizlik problemlərini müzakirə etmək üçün danışıqlara nail olmaqdır", - Borrell söyləyib.

O izah edib ki, Rusiya üçün vacib olan Ukrayna deyil, Avropada yeni təhlükəsizlik arxitekturasıdır:

"Hesab edirəm ki, Rusiya üçün Ukrayna deyil, Avropanın yeni təhlükəsizlik arxitekturası önəmlidir. Rusiyanın təhlükəsizlik narahatlığı və bu haqda danışmaq istəyi var, ona görə də Ukraynaya təzyiq edir".

Milli.Az