Zamiq oğlundan yazdı: "Mənə deyəndə ki, oxşamırsınız..."

9 Fevral 2022 11:26

Müğənni Zamiq Hüseynov sosial şəbəkədə yeni foto paylaşıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi öz uşaqlıq şəkli ilə oğlu Zeynin fotosunu kollaj edib.

O, paylaşımına "Hərdən mənə deyəndə ki, oxşamırsınız, deyirəm bəzən mənə də elə gəlir. Amma indi baxıram ki, bənzətmə qabiliyyətimiz çox zəifdir" sözlərini yazıb.

Zamiqin həmkarları və izləyiciləri Zeynin ona bənzədiyini qeyd ediblər.

Milli.Az