Oğruların “peşəkarlığı” təhlükəsizlik kamerasına düşdü - VİDEO

9 Fevral 2022 14:20

Türkiyənin İstanbul şəhərində əsasən lüks avtomobillərdən oğurluq edən mütəşəkkil dəstə üzvləri saxlanılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, araşdırma nəticəsində məlum olub ki, sözügedən qrup üzvləri cinayətlərini daha "peşəkar" şəkildə həyata keçirib.

Belə ki avtomobilin şüşəsindən çıxaraq digər avtomobili qarət edən cinayətkarlar bununla hadisə yerindən dərhal uzaqlaşaraq hüquq mühafizə orqanlarının əlinə keçməkdən yayına biliblər.

Lakin təhlükəsizlik kameralarının köməyi ilə onları cinayət üstündə tutmaq mümkün olub.

Milli.Az