"Şaxtyor" 5-ci dəfə Ukrayna çempionu oldu
6 May 2010 11:25
Donetskin "Şaxtyor" klubu mövsümün başa çatmasına bir tur qalmış çempionluğunu rəsmiləşdirib.
Dünən 29-cu tur çərçivəsində əsas rəqibi Kiyev "Dinamo"sunu qəbul edən "Şaxtyor" meydandan qələbə ilə ayrılıb - 1:0. Donetsk təmsilçisinin çempionluğuna səbəb olan qola 15-ci dəqiqədə
İlisino imza atıb. Bununla da "Şaxtyor"la "Dinamo" arasında 3 xallıq fərq 6-ya çatıb və beləliklə birincilər kiyevlilər üçün əlçatmaz olub.
Bu "Şaxtyor" tarixində 5-ci Ukrayna çempionluğu olub. Ötən ilin çempionu "Dinamo" isə titulunu qoruya bilməyib.
/Fanat.az/