Yığmamız beynəlxalq turnirə 30 taekvondoçu ilə yollanacaq

8 Fevral 2022 22:28

Azərbaycan taekvondoçuları ənənəvi "Turkish Open" beynəlxalq turnirində iştirak edəcək.

Antalyada keçiriləcək G2 kateqoriyalı turnirdə ölkəmizi 22 kişi və 8 qadın idmançı təmsil edəcək.

Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev, kişilərdən ibarət milli komandanın baş məşqçisi Reza Mehmandost və böyük məşqçi Sənan Həşimov, qadınlardan ibarət milli komandanın baş məşqçisi Səbuhi Zülfüqarov və böyük məşqçi Rəşad Məmmədovun rəhbərliyi ilə yarışda iştirak edəcək komandamızın heyət açıqlanıb.

Kişilərin mübarizəsində Bəhruz Quluzadə, Səyyad Dadaşov, Rahid Vəliyev (hər üçü 54 kq), Pərviz İsgəndərov, Yusif Qurbanov, Ruslan Seyidov (hər ikisi 58 kq), Qaşım Maqamedov, Əli Məmmədov, Qasım Aslanov, Xanoğlan Kərimov (hamısı 63 kq), Əbülfət Zülfüqarov, Samir Məhərrəmov, Yaşar Məmmədli (hər üçü 68 kq), Eltac Qafarov, Cavad Ağayev (hər ikisi 74 kq), Ayxan Tağızadə, Məhəmməd Məmmədov, Səid Quliyev (hamısı 80 kq), Milad Beiqi Harçeqani, Taleh Süleymanov (hər ikisi 87 kq), Radik İsayev və Xəyyam Ağayev (hər ikisi +87 kq) güclərini yoxlayacaqlar.

Qadınların yarışında Minayə Əkbərova, Sona Ağayeva (hər ikisi 46 kq), Röya Hacıyeva (49 kq), Patimat Abakarova (53 kq), Səidə Əliyeva (57 kq), Fatimə Məcidova, Nuranə İbrahimova (hər ikisi 62 kq) və Fəridə Əzizova (67 kq) dayanq üzərinə çıxacaqlar.

49 ölkədən 1250 taekvondoçunun qatıldığı turnirdə fevralın 12-də qadınlar, ertəsi gün kişilər mübarizəyə qoşulacaq.

ATF-in baş hakimi, beynəlxalq dərəcəli referi Gündüz Abdullayev, Elşad Məmmədov və Aygül Abdullayeva yarışı idarə edəcək ədalət təmsilçiləri arasında yer alacaqlar.

Milli.Az