Britaniya Polşaya 350 dəniz piyadası göndərəcək

8 Fevral 2022 21:49

Böyük Britaniya 350 dəniz piyadasını Polşaya göndərəcək.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, Şotlandiyanın Arbroat şəhərində yerləşən 45-ci batalyonun hərbi qulluqçuları yaxın vaxtlarda Polşaya yerləşdiriləcək.

"Onlar Ukrayna sərhədində davam edən gərginlik şəraitində Polşa Silahlı Qüvvələri ilə birgə təlimlərdə iştirak edəcək", - deyə Müdafiə Nazirliyinin açıqlamasında qeyd olunur.

Milli.Az