Prezident Media haqqında Qanunu təsdiqlədi

8 Fevral 2022 18:10

Prezident İlham Əliyev Media haqqında Azərbaycan Respublikasının Qanunu təsdiqləyib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 10-cu və 13-cü bəndlərinə uyğun olaraq, media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən edir.

Milli.Az