Moskva şəhər Məhkəməsi "Axmed Sutuliy" ləqəbli "qanuni oğru" Yevloyev Axmedə bəraət verib.
Milli.Az lent.az-a istinadən xəbər verir ki, məhkəmə araşdırması zamanı onun haqqında dəlil kimi göndərilən videogörüntülərin montaj olduğu sübuta yetirilib. O, məhkəmə zalından sərbəst buraxılıb.
A. Sutuliy "Rövşən Lənkəranski" klanına daxil olan "qanuni oğru"lardan idi. O, 1996-cı ildə 22 yaşında bu adı alıb.
Milli.Az