Tanınmış aktyor niyə ekranlarda görünmür?

8 Fevral 2022 17:54

"Möhtəşəm yüz il: Kösəm Sultan", "Öyle bir geçer zaman ki", "Kayıp" kimi bir çox layihədə rol alan türkiyəli aktyor Mete Horozoğlu ilə bağlı təəccüblü iddia ortaya çıxıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə tanınmış jurnalist Arif Hür məqalə yazıb. O, 46 yaşlı aktyorun 5 ildir ekranlarda görünmədiyini xatırladaraq, sənətdən getdiyini bildirib. Jurnalist Metenin hazırda gənc aktyorların yetişməsi istiqamətində dərslər verdiyini əlavə edib.

Həmçinin A.Hür aktyorun Los-Ancelesdə sualtı idman növləri ilə məşğul olduğunu açıqlayıb. 

Qeyd edək ki, Metenin daha əvvəl terror təşkilatlarından birinin üzvü olduğu deyilsə də, heç bir sübut olmadığı üçün cinayət işi bağlanmışdır.

Milli.Az