Dünyanın ən güclü lüks krossoveri

27 May 2023 05:05

Aston Martin şirkəti "dünyanın ən güclü lüks krossoverinin" tizerini dərc edib. Söhbət, DB11 modelindən alınmış V12 mühərrikini və S indeksini alacağı güman edilən "bərkgedən" DBX krossoverindən gedir. Aston Martin DBX S modelinin təqdimatı 1 fevral tarixində keçirilcəkdir.

Bu gün Aston Martin DBX modeli iki modifikasiyada təklif edilir: birinci modifikasiya 550 at qüvvəsi və 700 Nm fırlanma anı hasil edən 4,0-litrlik V8 biturbo mühərriki, ikinci modifikasiya isə, 435 at qüvvəsi və 520 Nm fırlanma anı hasil edən sıralı altısilindrli mühərrikə əsaslanan hibrid güc qurğusu ilə təchiz olunur. "Bərkgedən" DBX S modeli nəinki krossoverin modifikasiya çeşidini zənginləşdirəcək, həm də onun mühərrik çeşidinə V12 mühərrikini daxil edəcəkdir. Lakin krossoverin gücü artırılmış V8 mühərriki ilə də təchiz olunacağı istisna edilmir.

Britaniya markası Aston Martin DBX S krossoverinin "dünyanın ən güclü lüks krossoverinin" olacağını iddia edir. Bu halda "bərkgedən" krossover təkcə Lamborghini Urus modeli (650 at qüvvəsi, 850 Nm) ilə deyil, həm də gələcək Urus Evo, habelə Lister Stealth (675 at qüvvəsi, 881 Nm) və Porsche Cayenne Turbo S E-Hybrid (680 at qüvvəsi, 900 Nm) modelləri ilə də rəqabət aparmalıdır. Əvvəllər Aston Martin krossoverinin mühərrikinin gücünün 700-730 at qüvvəsi arasında olacağı söylənilirdi.

Milli.Az