Məşhurları başına yığıb qızına ad günü etdi - FOTOlar

8 Fevral 2022 13:36

Əməkdar artist Anar Heybətovun qızı Almazın 10 yaşı tamam olub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktyor tanınmışları başına yığaraq övladı üçün məclis təşkil edib.

Gecədə yer alanlar arasında Heybətovun dostu, müğənni İzzət Bağırov da yer alıb.

Gecədən şəkilləri paylaşan aktyor "10 yaşımız oldu. Bütün qonaqlarımıza ailəmiz adından minnətdaram. Allah hamının balasını saxlasın" sözlərini yazıb. Əməkdar artistin xanımının üzünü smayliklə gizlətməsi diqqətdən yayınmayıb. 

Milli.Az