Səhnədə yıxılıb xəstəxanalıq oldu - FOTOlar

8 Fevral 2022 13:12

Türkiyəli müğənni Işın Karacanın başına iş gəlib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, İzmirdə konsert verdiyi zaman səhnədə ayağı sürüşüb və yerə yıxılıb.

Gecəni xəstəxanada keçirən Karacanın ayağına gips qoyulub.

"İş qəzası deyib keçməyək... Dikdabanlı ayaqqabıdan yıxılmaq da bacarıq istəyir", - deyə müğənni başına gələn hadisəni şərh edib.

Milli.Az