Saakaşvili ilə bağlı istintaq komissiyası yaradıla bilər

8 Fevral 2022 11:24

Gürcüstanın eks-prezidenti Mixail Saakaşviliyə qarşı mümkün zorakı, qeyri-insani və ləyaqəti alçaldan rəftara görə müvəqqəti təhqiqat komissiyasının yaradılmasına dair qərar layihəsinə büro iclasında baxılıb.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, qətnamənin təşəbbüskarı "Vahid Milli Hərəkat" fraksiyasıdır.

Müvəqqəti istintaq komissiyasının səlahiyyət müddəti 3 ay, komissiya üzvlərinin sayı isə 9 nəfərdir.

Qeyd edək ki, məsələ parlamentin plenar iclasında müzakirəyə çıxarılacaq.

Milli.Az