İnstaqram reklamlarına görə cərimələndi

8 Fevral 2022 12:06

Türkiyəli məşhur bloger Duygu Özaslan İnstaqramda etdiyi reklamlara görə cərimələnib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, 2020-ci ildə qəbul edilən qərara görə, məhsulları reklam edən şəxslər paylaşımlarında "iş birliyi" həştəqindən istifadə etməlidir.

Özaslan buna riayət etmədiyi üçün 114 min 326 lirə cərimə ödəyəcək.

Milli.Az