Bakıda 34 yaşlı qadını avtomobil vurub

8 Fevral 2022 08:44

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Səbail rayonunda qeydə alınıb.

Belə ki, 1988-ci il təvəllüdlü Hacıyeva Sevinc Azər qızı yolu keçmək istəyərkən avtomobil onu vurub.

Yaralı müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Fakt araşdırılır.

Milli.Az