NASA Marsdan nümunə gətirəcək raket hazırlayır

8 Fevral 2022 08:12

ABŞ Aerokosmik Agentliyi NASA Mars səthindən nümunə gətirəcək raketin layihələndirilməsi üçün "Lockheed Martin" şirkəti ilə müqavilə imzalayıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, müqavilənin dəyəri 194 milyon dollardır.

Qeyd olunur ki, Marsdan süxur gətirmək üçün 3 ayrı kosmik cihaz tətbiq olunacaq. İlk cihaz, 19 fevral 2021-də mars səthinə enən "Perseverance" süxur və hava nümunələrini toplamalıdır. Bundan sonra, Avropa Kosmik agentliyinin digər gəmisi bu nümunələri götürərək "Mars Ascent Vehicle" adlı cihaza yükləməlidir. Nəhayət sonuncu mərhələdə "EKA Earth Return Orbiter" adlı cihaz bunları Yer səthinə çatdırmalıdır. Proses 2030-cu ilədək başa çatacaq. Bu nümunələr sayəsində qırmızı planetdə həyatın olub-olmaması müəyyən ediləcək.

Milli.Az