Türkiyədə daha 236 koronavirus xəstəsi vəfat edib

7 Fevral 2022 21:40

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 236 nəfər ölüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca özünün "twitter" səhifəsində paylaşdığı məlumatda bu barədə bildirib.

Nazirin yeni növ koronavirusla bağlı yayımladığı bugünki cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 432 min 131 nəfərin test edildiyi, 96 min 514 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 83 min 274 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.

Milli.Az