İlk dəfə ailəsini göstərdi - FOTO

7 Fevral 2022 20:30

Türkiyəli aktyor Cihangir Ceyhan şəxsi həyatını gözlərdən uzaqda yaşamağı seçsə də, atdığı addımla izləyicilərini təəccübləndirib.

Milli.Az olay-a istinadən xəbər verir ki, sənətçi ilk dəfə həyat yoldaşı Fatma Ceyhan və oğlu İlhanla fotolarını paylaşıb.

Oğlunun doğum günündəki çəkilən fotolara "İlhan Cihangirimiz 1 yaşında" rəyini yazıb.

Qeyd edək ki, aktyor "Sıfır bir", "Çukur", "Alev alev" kimi seriallarda rol alıb. Hazırda isə "Camdaki kız"da Hayri obrazını canlandırır.

Milli.Az