Nərimanovda “Köz dönər”də yanğın - FOTO

7 Fevral 2022 14:19

Bakıda dönərxanada yanğın olub.

Milli.Az bildirir ki, hadisə Nərimanov rayonu ərazisində yerləşən "Köz tantuni köftə dönər" kafesində qeydə alınıb.

Belə ki, kafedə anidən yanğın başlayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb edilib, daha sonra yanğın söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az