“Şakro Molodoy” “qanuni oğru”lara səsləndi: DAYANIN!

7 Fevral 2022 18:30

Rusiyanın 1 nömrəli "qanuni oğru"su sayılan "Şakro Molodoy" ləqəbli Zaxari Kalaşov oğrulara müraciət edib. 

Milli.Az lent.az-a istinadən xəbər verir ki, o, bildirib ki, tezliklə münaqişələrə və parçalanmalara son qoyulmalıdır:

"Bizim "qanuni oğru" institutumuz yox olub gedə bilər. Biz bir-birimizi təhqiri və ambisiyaları kənara qoymalıyıq. Daha ciddi məsələləri fikirləşməliyik". 

Milli.Az