Lənkəranskinin tərəfdarı olan kriminal avtoritet Fransada öldü - FOTO

2 İyun 2023 17:46

Fransanın Lill şəhərində 62 yaşlı "qanuni oğru" Teymuraz Calaqaniya vəfat edib.

Milli.Az lent.az-a istinadən bildirir ki, o, xərçəng xəstəliyindən həyatını itirib.

Kriminal aləmdə "Çinçixliya" ləqəbi ilə tanına oğru Batumi şəhərində anadan olub.

1986-cı ildə "qanuni oğru" adını alıb.

Calaqaniya Rövşən Lənkəranskinin klanına daxil idi. O, uzun müddət Fransada yaşayıb.

Milli.Az