KOBİA və Gürcüstanın Biznes Assosiasiyası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb - FOTO

2 İyun 2023 17:04

KOBİA və Gürcüstanın Biznes Assosiasiyası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov özünün "Twitter" hesabında yazıb.

"Tbilisidə bu gün keçirilən Gürcüstan-Azərbaycan biznes forumu çərçivəsində KOBİA və Gürcüstanın Biznes Assosiasiyası arasında əməkdaşlığa dair Anlaşma Memorandumunu imzaladıq. Sənədin hər iki ölkənin KOB-ları arasında əlaqələrin genişləndirilməsinə öz töhfəsini verəcəyinə inanırıq", - deyə Orxan Məmmədov əlavə edib.

Milli.Az