Dünyaca məşhur model Kayli Cennerlə sevgilisi reper Travis Skottun 2-ci övladı dünyaya gəlib.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə model instaqram hesabında körpəsinin ilk fotosunu paylaşaraq məlumat yayıb. O, uşağın fevralın 2-də dünyaya gəldiyini və oğlan olduğunu yazıb.
Qeyd edək ki, cütlüyün bundan başqa 3 yaşlı Stormi adlı qızı da var. Onun ad günü isə fevralın 1-ə təsadüf edir.
Milli.Az