Tailandın paytaxtı Banqkokda yerləşən Avstraliya səfirliyində gizli kamera aşkar edilib.
Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, kamera səfirliyin qadınlara məxsus tualetində üzə çıxıb. Məsələ iki ölkə arasında qalmaqala səbəb olub. Araşdırmalar nəticəsində məlum olub ki, kameranı tualetə tailandlı işçi yerləşdirib. Onun hansı səbəbdən tualetə kamera yerləşdirdiyi araşdırılır.
Bildirilir ki, tualetdən məşhur diplomatların istifadə etməsi, onların xoşagəlməz görüntülərinin naməlum şəxslərin əlinə keçdiyini deməyə əsas verir.
Milli.Az