Fotoşop Sereni biabır etdi - FOTO

7 Fevral 2022 11:36

Müğənni Seren Serengil uzun illər sonra səhnəyə çıxıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, səhnədən şəkillərini yayımlayan ifaçı fotoşopdan hədsiz istifadə edib.

Uzun müddətdir səhnələrdən uzaq qalan Seren xeyli çəki atmış və səhhətində ciddi problem olmuşdu. Arıqlamaq üçün mədəsini kəsdirmək ifaçıya baha başa gəlib. 43,5 kiloqram çəkisi olan Serengil sevənləri üçün mahnılar səsləndirib.

Onun şəklini fotoşop etməsi isə lağa qoyuub. Belə ki, Seren şəkillərin birində az qala qolunu silib.

Milli.Az