Rusiyada koronavirusa gündəlik yoluxma halında növbəti anti-rekord qeydə alınıb

6 Fevral 2022 18:15

Rusiyada son sutka ərzində daha 180 071 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Milli.Az APA-ya istinadən bildirir ki, COVİD-19 pandemiyası dövründə ən çox gündəlik yoluxma halı qeydə alınıb.

Bununla da, Rusiyada COVID-19-a yoluxanların sayı 12 810 118 nəfərə çatıb.

Son sutka ərzində 661 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 335 414 nəfərə çatıb.

Milli.Az