Ukrayna ilə strateji tərəfdaşlığımızın daha da möhkəmlənməsini gözləyirik - Azərbaycan XİN

6 Fevral 2022 11:13

Azərbaycan Xarici İşlər Nazirliyi və Ukrayna arasında diplomatik əlaqələrin qurulmasının 30 iliyi münasibəti ilə "Tvitter"də paylaşım edib.

Milli.Az bildirir ki, Azərbaycan XİN-nin paylaşımında bildirilib ki, bu gün Azərbaycan və Ukrayna arasında diplomatik əlaqələrin qurulmasının 30 ili tamam olur.

"Bu münasibətlə dost Ukrayna hökumətinə və xalqına ən xoş arzularımızı çatdırırıq. Strateji tərəfdaşlığımızın daha da möhkəmlənməsini səbirsizliklə gözləyirik!, - paylaşımda qeyd edilib.

Milli.Az