“Ukrayna ilə müharibə olarsa, 3-4 gün davam edəcək” - Lukaşenko

5 Fevral 2022 23:26

Belarus prezidenti Aleksandr Lukaşenko hesab edir ki, Ukrayna onun ölkəsi ilə heç vaxt müharibə etməyəcək. Əgər bu baş versə müharibə üç-dörd gün davam edəcək.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Belarus lideri belə bir bəyanatla jurnalist Vladimir Solovyova müsahibəsində çıxış edib.

"Ukrayna heç vaxt bizimlə vuruşmayacaq. Bu müharibə maksimum üç-dörd gün davam edəcək. Orada bizə qarşı döyüşəcək heç kim olmayacaq" - deyə Lukaşenko bildirib.

Onun sözlərinə görə, Ukrayna Ordusunun hazırlığı aşağı səviyyədədir

Milli.Az