Salyanda avtomobil piyadanı vuraraq öldürüb

5 Fevral 2022 21:12

Salyanda piyada ölümü ilə nəticələnən qəza baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Salyan şəhərində qeydə alınıb. Yolu keçən Neftçala rayonunun Qaraqaşlı kənd sakini, 1970-ci il təvəllüdlü Eyvazova Reyhan Əzizağa qızını maşın vurub. Xəstəxanaya çatdırılan piyada orda ölüb. Faktla bağlı araşdırma aparılır.

Milli.Az