Azərbaycan ABŞ-ın yəhudi lobbisinin diqqət mərkəzindədir – FOTO
6 May 2010 11:01
Milli.Az xəbər portalına Azərbaycanın Los-Ancelesdəki Baş konsulluğundan verilən məlumata görə, nüfuzlu qurumun tədbirində Azərbaycanın geosiyasi rolu, onun İsrailə qarşı dost münasibəti xüsusi qeyd edilib. ABŞ Konqresi və İsrail Knessetinin də nümayəndələrinin iştirak etdiyi tədbirdə Los-Angelesdəki diplomatik korpuslardan yalnız 2 nəfərə söz verilib: İsrailin konusul Ceykob Dayan və Azərbaycanın baş konsulu Elin Süleymanova.
E.Süleymanov çıxışı zamanı Azərbaycandakı tolerantlıq, ölkədəki yəhudi icmasının çoxəsrlik tarixi kimi məsələlərə toxunub. O, Azərbaycan-İsrail münasibətlərini mədəniyyətlərarası dialoqa nümunə adlandırıb.
Milli.Az
--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------