Tanınmış rejissor vəfat edib

5 Fevral 2022 20:08

Rusiya Federasiyasının əməkdar incəsənət xadimi, rejissor, ssenarist Viktor Buturlin vəfat edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə "Lenfilm" kinostudiyasından məlumat verilib.

Qeyd edək ki, rejissor daha çox "Sınıq işıqların küçələri" və "Ölümcül" detektiv serialları ilə məşhurlaşmışdı.

Milli.Az