Ərdoğanla xanımının səhhəti ilə bağlı - AÇIQLAMA

5 Fevral 2022 19:56

Türkiyənin Səhiyyə naziri Fahrettin Koca koronavirusa yoluxan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğanın vəziyyəti ilə bağlı danışıb.

Səhiyyə naziri bu barədə "Twitter" hesabında yazıb.

"Omikron" ştammının sürətlə yayıldığı bu dövrdə yüngül simptonlarla bağlı cənab Prezidentimiz və dəyərli həyat yoldaşı Əminə Ərdoğan üçün keçirilən COVID-19 testi müsbət çıxıb. Sağlamlıq vəziyyətləri fəaliyyətlərinə əngəl yaratmayacaq qədər yaxşıdır", - deyə nazir bildirib.

Milli.Az