54 yaşlı kişi özünü meşədə asdı

5 Fevral 2022 17:36

Şəkidə meşə mühafizəçisi özünü asaraq intihar edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında rayonun Kiş kəndində meşəlik ərazidə baş verib.

1968-ci il təvəllüdlü kənd sakini Tahir Cumayevin meyiti ağacdan asılı vəziyyətdə aşkar edilib. Onun hansı  səbəbdən intihar etdiyi hələlik məlum deyil.

Faktla bağlı Şəki Rayon Prokurorluğunda araşdırma aparılır.

Milli.Az