Gülbən Ərgən bu səbəbdən Bakıya gəlmədi

5 Fevral 2022 14:24

Türkiyəli müğənni Gülbən Ərgən bu gün Bakıya gəlməyi planlaşdırsa da, təxirə salıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçinin şəhər restoranlarından birində planlaşdırdığı konserti təxirə düşüb. Bunu Gülbən özü edib.

Səbəb isə Gülbənin uçuş saatını bəyənməməsi olub. Beləcə, müğənni Bakıya gəlməkdən imtina edib.

Milli.Az