Mədəsindən 2 kiloya yaxın tük çıxdı - FOTO

5 Fevral 2022 10:24

Türkiyənin Siirt şəhərində qadının mədəsində 1,5 kilo tük topası tapılıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, 24 yaşlı qadın son iki ayda 15 kilo arıqlaması və qarın ağrısı şikayətləri ilə xəstəxanaya müracət edib.

Xəstəxananın ümumi cərrahiyyə mütəxəssisi  Murat Özmen endoskopiya nəticəsində xəstənin mədəsində kütlə tapıb.

1 saat 15 dəqiqəlik əməliyyatdan sonra qadının mədəsindən 1 kilo yarım tük topası çıxarılıb. 

Milli.Az