Ceyms MakEvoy Lizoy Liberati ilə gizli toy edib.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə aktyor özü "The Guardian"a müsahibəsində bildirib. O, 3 il bundan əvvəl toy etdiklərini və özəl həyatlarını işıqlandırmaq istəmədiklərini vurğulayıb.
Xatırladaq ki, cütlüyün evliliyi haqqında şayiələr 2019-cu ildə, yaxın dostu Ceyms Lloyd tərəfindən ifşa edilib. Lakin cütlük bu şayiələri təsdiqləməmişdi.
Qeyd edək ki, Ceyms 2016-cı ildə aktrisa Enn-Mari Daffla 10 illik evliliklərini sonlandırıb. Onun bu evlilikdən Brendan adlı bir oğlu var.
O, Lizoyla "Split" filminin çəkiliş meydançasında tanış olub. Lizoy həmin ekran işində rejissor köməkçisi kimi işləyirdi.
Milli.Az