Anıl Altandan örnək addım

5 Fevral 2022 18:24

Sonuncu dəfə "Aşk mantık intikam" serialında rol alan türkiyəli aktyor Anıl Altan örnək addımı ilə gündəmə gəlib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktyor 1 ailənin əşyalarını yeniləyib və 6 aylıq qida ehtiyaclarını qarşılayıb. Altanın aktrisa həyat yoldaşı Pelin Akıl onun bu yardımı barədə sosial şəbəkədə yazıb:

"Ərimin davranışını paylaşıram ki, bütün imkanı olan dostlarına da örnək olsun. Qızlarımız Alin və Lina çox şanslıdır".

Qeyd edək ki, Pelin Akıl hazırda "Barbaroslar Akdenizin kılıcı" serialında çəkilir.

Milli.Az