Turizm mərkəzində kişini ildırım vurdu - Anbaan VİDEO

5 Fevral 2022 16:24

Türkiyənin Antalya şəhərində bir kişinin yaxınlığına ildırım düşüb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, nəticədə Belek Turizm Mərkəzində gəzən həmin şəxs ayağından xəsarət alıb. İldırımın çaxdığı anlar təhlükəsizlik kamerasında anbaan əks olunub.

Görüntülərdən bəlli olur ki, yavaş-yavaş dizləri üstünə çökən kişi daha sonra yerə uzanır. O, xəstəxanaya aparılıb, vəziyyəti yaxşı olsa da, ayaqlarında ciddi göyərmələr yaranıb.

Milli.Az