Parka qızıldan kub qoyuldu - VİDEO - FOTO

5 Fevral 2022 17:54

Nyu-Yorkun Mərkəzi Parkında təmiz qızıldan kub quraşdırılıb. Art-obyektin müəllifi alman müasir rəssamı Niklas Castellodur.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 186 kiloqram ağırlığında kub üçün heykəltəraş 999 əyar qızıldan istifadə edib. Kubun içərisi boş olub.

Obyektin dəyəri 11,7 milyon dollar (19,9 milyon manat) qiymətləndirilir. Rəssam bu yolla kapitalın gücünü nümayiş etdirmək və diqqəti öz pul vahidi "Castello Coin"ə çəkmək istəyib.

Yerli sakinlər rəssamın ideyasını yüksək qiymətləndiriblər, onlar kubun üzərində işığın bərq vurmasına heyranlıqlarını bildiriblər.

Milli.Az