Hər gün şəhidlərin məzarlarını təmizləyir... - VİDEO

5 Fevral 2022 08:02

Sumqayıt sakini Şamil Ələsgərov hər gün şəhərin Şəhidlər xiyabanını ziyarət edir, şəhid məzarlarını təmizləyir.

Milli.Az AzTV-yə istinadən xəbər verir ki, o, bu işlərinə görə şəhid ailələrinin sevimlisinə çevrilib.

Şamil təxminən 6 ildir, Aprel döyüşlərindən bu vaxtadək hər gün Sumqayıtdakı Şəhidlər xiyabanına gəlir, məzarların üstünü təmizləyir, bayraqları yeniləyir, bunu özünə borc bilir.

Şəhid valideynləri Şamili öz övladı kimi qəbul edir.

Milli.Az