“Bu dəfə bitdi” demişdilər, barışdılar

5 Fevral 2022 08:14

Türkiyəli məşhur aktrisa Demet Özdemirlə tanınmış müğənni-aktyor Oğuzhan Koç barışıblar.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, barışdıqlarını mediadan gizlədən cütlük aralarında problemi tam həll edəndən sonra yenidən əl-ələ kameralar qarşısına keçəcəklər.

Ötən ilin dekabr ayında Paris tətilindən sonra ayrılan sevgililər, "Bu dəfə qəti olaraq bitdi, bir daha geri dönüş olmayacaq" demişdilər. Hətta məşhur cütlük sosial şəbəkədə bir-birilərini təqibdən çıxarmışdılar.

Qeyd edək ki, cütlüyün sevgi münasibətləri ötən il başlayıb.

Milli.Az