Ukrayna yaxın gələcəkdə alyansa qoşulmayacaq - NATO

5 Fevral 2022 09:00

NATO baş katibinin müavini Mirça Coane Ukraynanın yaxın gələcəkdə alyansa qoşulmayacağını bildirib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, baş katibin sözlərinə görə, Ukraynanın NATO-ya daxil olması üçün alyansda bu gün mövcud olmayan konsensus olmalıdır.

"Heç kim demir Ukrayna yaxın gələcəkdə NATO-ya daxil olacaq. Ukrayna ölkə daxilində çox islahatlar aparmalıdır",- deyə Coane "France24" telekanalına müsahibəsində deyib.

Coane əlavə edib ki, alyans Kiyevi dəstəkləyir. Lakin bu hərbi əməliyyatlarda iştirak etmək demək deyil.

Milli.Az