Peruda turistləri daşıyan təyyarə qəzaya uğrayıb, ölənlər var

5 Fevral 2022 08:43

Perunun Naska yaylasında kiçik mühərrikli təyyarə qəzaya uğrayıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, təyyarənin göyərtəsində 5 turist və 2 pilot olub.

İlkin məlumata görə, turistlər ABŞ, Çili və Hollandiya vətəndaşlarıdır.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Milli.Az