Bakıda gənc oğlan bıçaqlanıb

5 Fevral 2022 08:23

Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə metronun Xalqlar Dostluğu stansiyasının yaxınlığında qeydə alınıb.

Belə ki, 1999-cu il təvəllüdlü Süleymanov Aslan Füzuli oğlu tanımadığı şəxslə dava zamanı bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Milli.Az