Şəmkir sakini silah-sursatı könüllü təhvil verib

4 Fevral 2022 23:15

Şəmkir rayon polis əməkdaşları tərəfindən aparılan profilaktik tədbirlər nəticəsində şəhər sakini V.Zeynalovdan silah və sursat götürülüb.

Milli.Az APA-ya istinadən bildirir ki, Zeynalov "AK-47" markalı avtomat silahını, nömrəsi silinmiş "Mauzer-98K" markalı ov tüfəngini, 30 ədəd avtomat patronunu və 1 ədəd patron darağını könüllü olaraq polisə təhvil verib.

Milli.Az