Şumaxerin evi satışa çıxarıldı

22 Noyabr 2014 21:58
Beynəlxalq "Formula-1" avtoçempionatının canlı əfsanəsi, 7 dəfə dünya çempionu olmuş alman pilot Mixael Şumaxerin durumu çox ağır olaraq qalır.

2013-cü ilin dekabrın 29-da dağ-xizəkçilik kurortunda istirahət edərkən yamacda sürüşən və yıxılaraq başı daşa dəyən "Qırmızı baron" hələ də danışa bilmir, iflic durumdadır.
 

Milli.Az European-a istinadən bildirir ki, 6 ay koma vəziyyətində qalandan sonra özəl klinikaya köçürülən M.Şumaxerin ailəsi müalicə xərclərini öləmək üçün daşınmaz əmlaklarını satmaba başlayıblar.
 

İsveçrədə, Cenevrə gölünün sahilindəki özəl klinikada olan Şumaxerə 15 həkim və tibb bacısı qulluq edir. Müalicə kursunun həftəlik xərci 1 milyon avrodur.

Şumaxerin ailəsi pilotun 25 milyon dollarlıq villasını satışa çıxarıb.

Milli.Az