İllər sonra yeni serialla qayıdır

4 Fevral 2022 19:24

Məşhur türkiyəli ssenarist və aktrisa Gülse Birsel yeni serial ərsəyə gətirməyə hazırlaşır.

Milli.Az olay-a istinadən xəbər verir ki, yeni layihə dijital platformaların birində yayımlanacaq.

"8 bölümlük komediya seriyalıdır. Yaxşı aktyorları bir araya yığmağa çalışıram. Çəkilişlər yayda başlayacaq. Hələ ki ssenarini yazıram", - deyə, Gülse bildirib.

Qeyd edək ki, G.Birsel "Avrupa yakası", "Jet sosyete", "Yalan dünya" kimi seriallarının yazarıdır.

Milli.Az