Keçmiş əri fenomeni döydükdən sonra gülərək selfi çəkirmiş... - FOTO

5 Fevral 2022 02:22

Türkiyəli fenomen İrem Ayının keçmiş həyat yoldaşı Berkay Saner tərəfindən davamlı olaraq şiddətə məruz qaldığı ortaya çıxıb.  

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, fenomen onu vurduqdan sonra selfi çəkən ərinin fotolarını sosial media hesabında paylaşaraq, artıq qorxmadığını və ona qarşı hüquqi prosesi başlatdığını bildirib.

4 il boyunca Berkay tərəfindən müxtəlif bədən xəsarətləri alan İrem onun hər şiddətdən sonra gülərək selfi çəkdiyini açıqlayıb. Sözügedən fotoların ardından aralarında məşhurların da olduğu bir çox insan fenomenə dəstək çıxaraq, ədalət tələb ediblər. 

Məsələ ilə bağlı ölkənin rəsmi hüquq-mühafizə orqanları tərəfindən hələlik rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, fenomenin bacısı Dilan Ay isə 13 il əvvəl itkin düşən analarının da cinayət qurbanı olduğunu iddia edib.

Milli.Az