Saakaşvili həbsxanada bu hala düşüb - FOTO

4 Fevral 2022 19:18

Gürcüstanın eks-prezidenti, Ukrayna Milli İslahat Şurasının icraiyyə komitəsinin rəhbəri Mixail Saakaşvili bu gün Gürcüstan məhkəməsində çıxış edib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, siyasətçinin xarici görünüşü hamını şoka salıb - onun saçları qısa müddətdə ağappaq olub.

Məhkəmə iclasında onun əynində üzərində "Ukraynanın iradəsi naminə" yazısı olan idman köynəyi olub.

Milli.Az