Növbəti "Oskar" mükafatı laureatlarının adı fevralın 8-də açıqlanacaq

4 Fevral 2022 21:12

94-cü "Oskar" mükafatı laureatlarının adı fevralın 8-də canlı yayımla Amerika Kino Sənəti və Elmləri Akademiyasının rəsmi tviter səhifəsində açıqlanacaq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, ümumilikdə 23 nominasiya üzrə qaliblərin adını aktyorlar Tracee Ellis Ross və Leslie Jordan səsləndirəcək.

Martın 27-də baş tutacaq rəsmi mükafatlandırma mərasiminin isə aparıcısı hələlik məlum deyil.

Builki "Oskar" namizədlərinin müəyyən edilməsi üçün keçirilən səsvermə akademiyanın tarixində ən yüksək fəallığı ilə fərqlənib. Ümumilikdə 9500 üzvdən 9487-si səsvermədə iştirak edib.

Milli.Az